Türkiyə rəsmisi Azərbaycana təşəkkür edib

Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altun Avropa Parlamentində çıxışı zamanı fevralın 6-da ölkəsində baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.

Millitribuna.az xəbər verir ki, o, Avstriyadan Azərbaycana, Yaponiyadan Yunanıstana, ABŞ-dan Ukraynaya, İsraildən Almaniyaya, Cənubi Koreyadan Qətərə, Rusiyadan İspaniyaya qədər bir çox ölkələrin Türkiyənin çağırışına müsbət cavab verdiyini bildirib.

“Atalarımız deyiblər ki, “dost pis gündə tanınar”. Biz dəstək göstərən bütün ölkələrə təşəkkür edirəm. Dünyamızı təhdid edən pandemiya, silahlı toqquşma və təbii fəlakətlərin qlobal fəsadlarının azaldılması üçün beynəlxalq əməkdaşlıq modelini inkişaf etdirməliyik”, – F.Altun vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Hadisə nəticəsində 48 mindən çox insan həlak olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir