Təhsil naziri bağçalarda qanunsuz pul yığılmasına münasibət bildirib

Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib.

Millitribuna.az-ın məlumatına görə, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını söyləyib.

E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini deyib: “Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır”.

Nazir vurğulayıb ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlanıb, yaxın həftələrdə ictimaiyyət bununla bağlı məlumatlandırılacaq: “Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir