Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.

Millitribuna.az xəbər verir ki, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə) Səbinə Ərəbli (xanandə)

Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)

Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)

Bakı Xoreoqrafiyası Akademiyasının “Xarıbülbül” Ansamblı

“Cəngi” Estrada Folklor Rəqs Ansamblı

Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu

Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)

“Colors of Pakistan” qrupu (Pakistan)

Azərbaycan Dövlət Rəqs Ansamblı

“Yuma” dueti (Tunis)

“Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan)

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)

“Baxor” Rəqs Ansamblı (Özbəkistan)

Əməkdar artist Aybəniz Haşımova (müğənni) və “Bülbüllər” qrupu.

Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir