Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Millitribuna.az-ın məlumatına görə, rayon sakini 2003-cü il təvəllüdlü H.Əkbərov mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə onun qonşusu şübhəli bilinir.
Faktla bağlı araşdırmalara başlanılıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app